Qətər Misir, İsrail və HƏMAS arasında ABŞ-la koordinasiyalı şəkildə xarici vətəndaşlara və bəzi ağır yaralılara Qəzzanı Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə tərk etməyə imkan verəcək razılaşmaya vasitəçilik edib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Rəfah keçid məntəqəsinin təxliyə məqsədi ilə açılması üçün qrafik yoxdur.
Həmas vasitəçilərə bildirib ki, 200 əcnəbi girovdan bəzilərini tezliklə azad edəcək.
Ariz Həsənoğlu,
KONKRET.az