Qətlə yetirilən Nuranənin qayınatası: “Oğlum arvadının sosial şəbəkədə şəklinin olmasını istəmirdi”backend

Qətlə yetirilən Nuranənin qayınatası: "Oğlum arvadının sosial şəbəkədə şəklinin olmasını istəmirdi"

Sabirabadda öldürülərək Kür çayına atılan 16 yaşlı Nuranənin qətlinin təfərrüatı məlum olub.

Belə ki, Seyidrəsul Nuranənin yaşadığı Şirvan şəhərinə gedərək onu Sabirabad rayonunun Kür çayının keçən hissəsinə aparıb.

KONKRET.az xəbər verir ki, onlar arasında mübahisə yaşanıb, nəticədə Seyidrəsul əvvəlcə Nuranəni boğub, sonra Kür çayına atıb.

Meyit suya atıldığı yerdə ağaca ilişdiyindən elə həmin yerdə aşkarlanıb.

Qətli törətməkdə şübhəli bilinən Seyidrəsulun atası hadisənin başvermə səbəbini Nuranənin sosial şəbəkədə şəkil paylaşmasını ehtimal kimi səsləndirib:

“Hər ailədə söz-söhbət olur, istəmirdi ki, həyat yoldaşının o vəziyyətdə şəkli olsun. Kişiyə xas olan hərəkətdir, olmaz, olmaz da. Qadın kişiyə məxsusdur. Kimsə nəyə görə “mayka”da görməlidir? Seyidrəsul ona telefon işlətməyə qadağa qoymuşdu”.

Nuranənin anası isə deyilənləri təkzib edib:

“Oğlanın anasıgil balamı yola vermirdilər. Bir xəstə baldızı var, balamın üstünə şər atırdı. Qızım heç bir yerdə şəkil paylaşmayıb. Bir səhifə var idi, ər-arvad ikisi bir yerdə işlədirdilər. Dedim ki, Rəsul, telefonu işlətməyə icazə vermirsənsə, gətir mənə, satma. Rəsul qızımın birinci telefonunu da satmışdı.”

Qeyd edək ki, Seyidrəsul Talıbzadə mayın 17-də qeyri-rəsmi nikahda yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

Daha ətraflı ARB TV-nin videomaterialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*