Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanıldıbackend

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vuraraq öldürüb hadisə yerində qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, dekabrın 10-da saat 3 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rais Kəmaləddinov vurulub və o, hadisə yerində ölüb.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini M. Quliyev saxlanılıb.

Sabunçu RPİ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*