Rusiyanın Amur vilayətində qəzaya uğrayan An-24 sərnişin təyyarəsinin qalıqları geniş əraziyə səpələnib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS rəsmi orqanlara istinadla məlumat yayıb.
“Təyyarənin qalıqları geniş əraziyə səpələnmiş vəziyyətdə aşkarlanıb. Qalıqların hamısı dağlıq və meşəlik ərazidə yerləşdiyi üçün oralara giriş çətinləşib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.