Qəzaya uğrayan təyyarə ilə bağlı – Detallarbackend

Qəzaya uğrayan təyyarə ilə bağlı - Detallar

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub.

KONKRET.az Globalinfo.az-a istiandən xəbər verir ki, “Embraer 190” Braziliyanın “Embraer” şirkəti tərəfindən istehsal edilən qısa və orta məsafəli marşrutlar üçün iki mühərrikli, dar gövdəli sərnişin təyyarəsidir.

Təyyarə 3-4 min kilometr məsafədə 106 nəfərə yaxın sərnişin daşıma imkanına malikdir. “Embraer 190” seriyasının istehsalı 2006-cı ildə başlayıb. Əsas versiya ilə yanaşı, uçuş məsafəsi artırılmış “Embraer 190LR” versiyası da istehsal olunur.

AZAL ilk dəfə 2013-cü ildə “iki ədəd “Embraer 190” alıb. Ölkəyə gətirilən təyyarə sınaq uçuşları keçirilib və bununla Tehran, Tbilisi, Volqoqrad kimi şəhərlərə uçuşların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Alınan təyyarələrdən ikincisi isə 2014-cü ildə ölkəyə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*