Qəzza zolağında xəstəxanalar işıqsız qala və morqlara çevrilə bilər.
KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yaxın və Orta Şərq üzrə regional əməliyyatlar departamentinin direktoru Fabrizio Karboni deyib.
Onun sözlərinə görə, işığın kəsilməsi inkubatorlardakı körpələrin və oksigenə ehtiyacı olan yaşlı xəstələrin həyatını risk altında qoyur. Hemodializ aparmaq, rentgen müayinəsi etmək mümkünsüz hala gəlib.
Karboni bildirib ki, Qəzzalıların artıq içməli su problemi də yaranıb.
Eyni zamanda, o qeyd edib ki, əsir götürülən bütün şəxslər dərhal azad edilməlidir.
“Biz Həmas və İsrail hakimiyyəti ilə əlaqə saxlayırıq, bu problemi həll etməyə çalışırıq”, – Korboni əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az