İsrail hücumlarından sonra Qəzza zolağında 330 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.
Açıqlamada OCHA Qəzzada mülki infrastruktura dəyən ziyanla bağlı narahatlığını ifadə edib.
“Evlərini tərk edənlərin ümumi sayı son 24 saat ərzində 30 faiz artıb və hazırda 338 934 nəfərə çatıb”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi bildirmişdi ki, 600 min insan sudan məhrumdur və bəzi xəstəxanalar quyulardan gələn sudan istifadə edirlər.
Ariz Həsənoğlu,
KONKRET.az