HƏMAS İsrailə hücuma başladıqdan sonra Qəzza zolağında azı 7 fələstinli jurnalist həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, müharibənin ilk üç günü ərzində yeddi ölüm, iki yaralanma və iki həbs faktını qeydə alınıb.
“CPJ vurğulayır ki, jurnalistlər böhran zamanı mühüm iş görən mülki şəxslərdir və müharibə edən tərəflər tərəfindən təqib edilməməlidir. “Dünyada milyonlarla insan münaqişə haqqında dəqiq məlumat vermək üçün regiondakı müxbirlərə etibar edir. Bütün mülki şəxslər kimi jurnalistlərə də hörmət edilməli və qorunmalıdır”, – deyə Qeyri-kommersiya təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə proqram koordinatoru Şerif Mansur bildirib.
Qeyd edək ki, şənbə günü üç jurnalist – Mohammad Al-Salhi, Mohammad Jargoon və Ibrahim Mohammad Lafi münaqişəni işıqlandırarkən həyatını itirib. İki gün sonra Qəzza zolağının Rimal məhəlləsində üç müxbir – Səid əl-Tavil, Məhəmməd Sobih və Hişam Əlnvəcha həlak olub. Həmin gün Salam Mema əri və üç uşağı ilə birlikdə Qəzzanın şimalındakı evlərinin ayrı-ayrı hücumda atəşə tutulmasından sonra öldürülüb.
Ariz Həsənoğlu,
KONKRET.az