Qəzza zolağında ölənlərin sayı 7 mini keçdi – MEDİAbackend

Qəzza zolağında ölənlərin sayı 7 mini keçdi - MEDİA

İsrailin Qəzza zolağına hücumları zamanı ölənlərin sayı 7 mini keçib, 18 mindən çox yaralı var.

KONKRET.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

“İsrailin Qəzza zolağına atəş açması nəticəsində ölənlərin sayı 7028 nəfərə çatıb, 18484 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, – məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə soxulub.

Buna cavab olaraq isə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*