Qəzza zolağında yeni doğulmuş körpələrin həyatı “ipdən asılıb” və qadınlar dağıntılar arasında küçələrdə uşaq dünyaya gətirmək məcburiyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin bir neçə təşkilatının birgə məlumatında bildirilir.
“Adekvat qayğıya əlçatanlığın olmaması səbəbindən ana ölümlərinin artacağı gözlənilir. Yeni doğulmuş uşaqların həyatı da ipdən asılıb. Xəstəxanalarda yanacaq tükənərsə, vaxtından əvvəl doğulmuş 130 körpənin həyatı təhlükə altına düşəcək”, – deyə məlumatda qeyd edilir.
“Qəzzada təxminən 50 000 hamilə qadın var. 14 xəstəxana və 45 ilkin səhiyyə mərkəzinin bağlanması ilə bəzi qadınlar sığınacaqlarda, evlərində, dağıntılar arasında küçələrdə və ya sanitar vəziyyətin pisləşdiyi tibb müəssisələrində doğum etmək məcburiyyətindədirlər”, – birgə məlumnatda vurğulanır.
Ariz Həsənoğlu,
KONKRET.az