Qəzzada aclıqdan ölənlərin sayı 150-ni keçib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında aclıq səbəbindən həyatını itirənlərin sayının 169 nəfərə çatdığını açıqlayıb. Onlardan 93-nün uşaq olduğu bildirilib.
Nazirliyin məlumatına görə son 24 saat ərzində daha 7 nəfər qidalanma çatışmazlığından dünyasını dəyişib.
Ölüm halları əsasən uzunmüddətli blokada və ərzaq çatışmazlığı ilə əlaqələndirilir.