İsrail son 24 saat ərzində Qəzza zolağında “320-dən çox terror obyektini” məhv edib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı bəyanatda deyilir.
İddiaya görə, dağıdılan obyektlər arasında Həmas tərəfindən istifadə edilən əməliyyat tunelləri, həmçinin terrorçuların gizləndiyi onlarla qərargah var.
Qeyd edilir ki, İsrail ordusunun Qəzza zolağına planlaşdırılan quru əməliyyatlarında iştirak edəcək qüvvələrinə qarşı təhlükələri aradan qaldırmaq üçün ərazidə yerləşən onlarla minaatan və tank əleyhinə qurğu məhv edilib.
Ariz Həsənoğlu,
KONKRET.az