Fələstin-İsrail münaqişəsinin başlamasından bəri Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) iki əməkdaşı, eləcə də orada təlim keçən 5 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin daimi nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.
“Biz bilirik ki, UNRWA-nın iki əməkdaşı və beş kursant öldürülüb”, – o, jurnalistin dünya qurumunun əməkdaşları arasında itkilərlə bağlı sualına cavab verərkən deyib.
Bundan əvvəl BMT Qəzza zolağında UNRWA işçilərinin sayının təxminən 13 min nəfər olduğunu, onların əksəriyyətinin Qəzza sakinləri olduğunu bildirmişdi.