Əl-Cəzirə telekanalı ötən şənbə Qəzza zolağında operatorunun ölümü ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, Əl-Cəzirə Samer Abudakanın ölümü ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə təcili müraciət də ünvanlayıb.
Xatırladaq ki, dörd uşaq atası, 45 yaşlı Samer Abudakan cümə günü Farhan məktəbindən reportaj hazırlayarkən İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
Vəli Həsənov,
KONKRET.az