“Qəzza əhalisinin yarısı aclıqdan ölür”.
KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Corinne Fleischer deyib.
Onun sözlərinə görə Qəzzanın ərzaq ehtiyatının yalnız 10%-i son 70 gündə Qəzza zolağına çatıb. İki həftə əvvəl ÜƏP xəbərdarlıq etmişdi ki, Qəzzanın şimalındakı fələstinlilər 97%, cənubda isə 83% yararsız ərzaq məhsulları ilə təmin edilib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, on minlərlə məcburi köçkün fələstinli təhlükəsizlik üçün Qəzzanın cənubundakı Rəfah əyalətinə gəlib: “Minlərlə insan Rəfahda müvəqqəti sığınacaqlarda tualetlərin, su və kanalizasiya vasitələrinin çatışmazlığından əziyyət çəkir”.
Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramı İsraili Qəzza zolağında aclıqdan müharibə silahı kimi istifadə etməkdə ittiham etdiyi hesabatnı dərc edib və bunu “müharibə cinayəti” adlandırıb. İsrail hökumətinin sözçüsü ittihamı “yalan” adlandırıb və ərzaq çatışmazlığında Həmas-ı günahlandırıb.
Vəli Həsənov,
KONKRET.az