Qəzzaya elektrik verilişi tamamilə dayandırılacaqbackend

Qəzzaya elektrik verilişi tamamilə dayandırılacaq

Fələstin hökuməti Qəzzaya elektrik enerjisinin verilişinin “bir neçə saat ərzində tamamilə kəsiləcəyini”, əsas xidmətlərin göstərilməsi imkanlarını məhdudlaşdıracağını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Qəzzada bütün əsas xidmətlər elektrik enerjisindən asılıdır və Rəfah darvazasından yanacaq tədarükünün mümkünsüzlüyü səbəbindən generatorlardan istifadə etməklə onları qismən idarə etmək mümkün olmayacaq”, – məlumatda deyilir.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Gallant elektrik, su, qaz, yanacaq və qida təchizatının kəsiləcəyini bildirərək Qəzzanın “tam blokadaya alınması” əmrini verib.

Qeyd edək ki, Qəzza dünyanın ən sıx məskunlaşdığı yerlərdən biri hesab edilir. Burada 140 kvadrat mil ərazidə təxminən 2 milyon insan yaşayır.

Ariz Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*