Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli haqqında ŞOK İDDİA – FOTOLARbackend

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli haqqında ŞOK İDDİA - FOTOLAR

“Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qorxmaz Təhməzli 2017-ci ilin dekabrında bu vəzifəyə təyin olunandan onun Slovakiyadakı şirkətinin gəlirlərində əhəmiyyətli artım olub”.

KONKRET.az xəbər verir ki, bu haqda tanınmış bloger Cavanşir Həsənli özünün facebook səhifəsində məlumat verib.

O daha sonra bunları yazıb: “2017-ci ildə gəlirlər 539 avrodan 2018-ci ildə 26886 avroya, ötən il isə 59307 avroya qədər yüksəlib.

Təyinatdan sonra cənab Təhməzli Bratislavadakı Saffran S.R.O-nu Nazim İmanovun oğlu Cavidan İmanovun və Ukrayna vətəndaşı Svitlana Palamrçukun adına keçirmişdi. Yeri gəlmişkən, agentlik rəhbərinin Ukraynadakı eyniadlı şirkəti həmin ildən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “Gilan Tekstil” şirkətinin məhsullarını bu ölkədə satmaq hüququnu əldə edib.

Vəzifə öz rolunu oynayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*