Qırğızıstan altı ay müddətinə qadağa qoydubackend

Qırğızıstan altı ay müddətinə qadağa qoydu

Qırğızıstanda kömürün avtomobil yolu ilə ixracı müvəqqəti məhdudlaşdırılıb. Lakin bu məhdudiyyət bütün nəzarət nöqtələrinə təsir göstərmir.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarovun imzaladığı rəsmi sənədə əsasən, 6 ay müddətinə ölkə ərazisindən avtomobil yolu ilə kömür ixracına qadağa qoyulub.

Qeyd olunub ki, “İrkeştam – Avtodorojnı” və “Toruqart – Avtodorojnı” keçid məntəqələri istisnadır.

Məlumata görə, Nəqliyyat və Rabitə Nazirliyi, habelə Gömrük Xidməti bu qərara uyğun olaraq müvafiq tədbirlər görməlidir.

Qərarın icrasına görə məsuliyyət Qırğızıstan Respublikasının Prezidenti Administrasiyası və Nazirlər Kabinetinin üzərinə düşür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*