Qırğızıstan prezidentinin korteji qəzaya düşdübackend

Qırğızıstan prezidentinin korteji qəzaya düşdü

Qırğızıstan prezidenti Sadır Japarovun avtomobil korteji qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə İssık-Kul vilayətində baş verib. Kortejin irəlilədiyi yolda qarşı tərəfdən avtomobillərdən biri əks-zolağa daxil olub. Nəticədə maşınlar toqquşub. Hadisə zamanı Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ölüb, 3 nəfər yaralanıb.

Sadır Japarovun xəsarət almadığı bildirilir.

Qeyd edək ki, məlumata görə, qəzanı törədən avtomobilin sürücüsü sərxoş olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*