
Qırğızıstanda ölkənin bir sıra bazarlarında ticarətçilər aksiya keçiriblər.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, aksiyalara səbəb kassa aparatlarının tətbiq edilməsi ilə bağlıdır.
Qeyd edək ki, ötən həftə mitinq dalğası Bişkekin və regionların demək olar ki, bütün əsas bazarlarını bürüyüb. Tacirlərin bir tələbi var – ticarət üçün patentləri ləğv etmək və kassa aparatlarından istifadə etməmək.
Sahibkarların əsas arqumenti budur ki, fövlət onlara heç bir köməklik göstərmir, amma indi kassa aparatlarını tətbiq etməklə çətin şəraitlərini daha da ağırlaşdırır.
“Xahiş edirik ki, patentləri ləğv etsinlər. Vergiləri ödəməkdən imtina etmirik, amma hesabatlarla vergi idarəsinə getməyə vaxtımız yoxdur”, – deyə Dordoy Motors avtomobil ehtiyat hissələri bazarının sahibkarları bildiriblər.
Yeri gəlmişkən, bundan bir qədər əvvəl Qırğızıstan prezidenti Sadır Japarov xüsusi komissiya yaradılmasını təklif edib. Həmin komissiya Nazirlər Kabinetinin patent və kassa aparatlarının tətbiqi ilə bağlı qərarının düzgün olub-olmadığını və ticarətçilərin digər tələblərini öyrənməlidir.