Qırğızıstanda bir jurnalist korrupsiyaya etiraz olaraq çılpaq fotosunu yayımladıbackend

Qırğızıstanda bir jurnalist korrupsiyaya etiraz olaraq çılpaq fotosunu yayımladı

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, lmndeit.kg nəşrinin baş redaktoru Əzizə Berdibayeva Qırğızıstan Dövlət Gözəl Sənətlər Muzeyindəki qalmaqala və ölkədəki korrupsiyaya etiraz olaraq çılpaq fotosunu yayımlayıb.

 

Sosial şəbəkələrdə dekabrın 4-də yayımlanan foto bu günə qədər 600-dən çox istifadəçi və icma tərəfindən yenidən yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl Təsviri İncəsənət Muzeyindəki çılpaq bir sərgi iştirakçısına görə yaranan qalmaqalın, xüsusi olaraq cəmiyyətin diqqətini nüfuzlu Matraimovlar ailəsinin fəaliyyətini sensasiyalı jurnalist araşdırmalarından yayındırmaq üçün təhrik edildiyi irəli sürülüb.

Berdibayeva yazır:

“Ölkəmizdəki bir problemin diqqətini yalnız çılpaq bir bədən ilə cəlb etmək olarsa, – ok, çılpaq bədənimlə yenə də həll olunmamış bir problemə diqqət çəkirəm”.

Jurnalist hakimiyyəti feminist sərgi ilə bağlı dərhal cavab verməsini tələb edir.

Dekabrın 5-də jurnalist bir çoxunun bu hərəkətinin mənasını başa düşmədiyini bildirib və bir daha izah edib:

“Sadəcə diqqətinizi bir çılpaq foto ilə dəyişdirməyin nə qədər asan olduğunu göstərmək istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*