Qırğızıstanla Tacikistan arasında gərginlik davam edir: Məclis sədri girov götürüldübackend

Qırğızıstanla Tacikistan arasında gərginlik davam edir: Məclis sədri girov götürüldü

Qırğızıstanın Leylək rayonu ərazisində yerləşən İnternatsional kənd sovetinin məclis sədri Tacikistan vətəndaşları tərəfindən girov götürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfax”-a Qırğızıstanın Batken bölgəsinin daxili işlər orqanlarından bildiriblər.

Qırğızıstan hüquq-mühafizə orqanları Tacikistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını bildirib.

Qırğızıstanın Batken bölgəsi başçısının müavini Marufxan Tulayev isə açıqlamasında bildirib ki, aprelin 30-da Tacikistan silahlı qüvvələri Batken bölgəsinin Qızıl-Bel kəndinə hücum edib.

“Təxminən 20 dəqiqə əvvəl Tacikistan hərbçiləri Qırğızıstan ərazisində yerləşən kəndi qumbaraatanlardan atəşə tutub. Hazırda insidentin baş verdiyi ərazidə araşdırma aparılır”, – M.Tulayev bildirib.

O əlavə edib ki, Qırğızıstanın Batken bölgəsinin Tacikistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən 20 mindən çox mülki vətəndaş təxliyə edilib.

Qeyd edək ki, Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 20 nəfərə çatıb. 150 nəfərin isə xəsarət aldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*