Qış Parkında parkinq qiymətləri KƏSKİN ARTDIbackend

Qış Parkında parkinq qiymətləri KƏSKİN ARTDI

Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb.

KONKRET.az xəbər verir ki, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat – 1 manat;

2-4 saat – 2 manat;

4-6 saat – 3 manat;

6-10 saat – 4 manat;

10-12 saat – 5 manat;

12-24 saat – 8 manat.

Aylıq tariflər isə belə olacaq:

Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);

Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);

Qonşular tarifi – 50 manat (20 manat).

Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*