Qışın bir addımlığında yaz havası: Nə baş verir?backend

Qışın bir addımlığında yaz havası: Nə baş verir?

“Aparılan tədqiqatlar və müşahidə edilən təbii proseslərin gedişi göstərir ki, müasir iqlim dəyişmələri özünü zaman və məkana görə müxtəlif formalarda biruzə verir. Bu isə bəzi regionlarda yağıntıların miqdarının çoxalması, digərlərində isə quraqlıqların yaranması ilə müşahidə olunur”.

Bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib.

Bakıya qar yağmayacaq, ancaq…” - İqlimşünas hava ilə bağlı məsələyə NÖQTƏ  QOYDU | KONKRET

“Eyni zamanda təbii fəlakətlərin də, məsələn, tornadaların, qasırğaların, şiddətli küləklərin, subasma və daşqınların təkrarlanma tezliyi artmışdır.

Bu dəyişmələr fonunda Azərbaycanın temperatur və yağıntı rejimində də müyyən tərəddüdlər müşahidə edilməkdədir. Hesablamalar göstərir ki, ölkə üzrə orta illik temperatur göstəricilərində 0,4- 1,3 ℃ -yə qədər artımış, yağıntılar isə yüksəkliklər üzrə qeyri-bərabər paylanılmışdır. Məsələn, dəniz səviyyəsindən 200-500 m yüksəklikləri əhatə edən ərazilərdə yağıntıların orta çoxillik miqdarında, təxminən 70 mm azalma, 500 m-dən yüksək olan zonalarda isə yağıntıların miqdarı 10-70 mm artm müşahidə edilir”.

Ekspert sonda əlavə edir ki, ölkəmizdə müşahidə olunan iqlim dəyişmələrinin dinamikasına görə ehtimal etmək olar ki, növbəti illərdə də bölgələrimizdə temperatur göstəricilərində və yağıntı miqdarında bu tendensiya davam edəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*