“Qışqırır, ağlayır, oğlana təpik atır…” – Qızlarda VAGİNİZM niyə artır?backend

"Qışqırır, ağlayır, oğlana təpik atır..." - Qızlarda VAGİNİZM niyə artır?

“Azərbaycanda qız uşağının üzərinə çığırmaq çox geniş yayılmış haldır: “Düz otur”, “Ayaqlarını belə qoy, qız uşağı belə oturmaz”, “Niyə gülürsən qız uşağının dişi görünməz”, “Qonaq gəldi ortalığa çıxma”, “Qız uşağı çölə çıxamaz, içəri gir” və s. Qız müşahidə edir ki, eyni sözlər onun qardaşına deyilmir”.

KONKRET.az xəbər verir ki, bunu referans.az-a açıqlamasında həkim – ginekoloq Təranə Həsənova vaginizm xəstəliyindən danışarkən deyib. Həkim sözlərinə belə davam edib:

“Qardaşı üçün hər yerdə yaşıl işıqdır. Bu uşaqda ciddi psixoloji travma yaradır. Bunu nə ana, nə ata, nə də qardaş bilmir. Hamıya deyirlər ki, qızı yaxşı tərbiyə edirlər. Başa düşmürlər ki, o sözü qıza normal şəkildə demək lazımdır. Qışqırıb, təhqir edib, körpə qəlbini qəıraraq demək lazım deyil. Bizdə qəbul edirlər ki, qızla belə danışmaq lazımdır. Vaginizm problemi uşaq travmalarından qaynaqlanır. Yəni qız uşağının ailəsi, nənəsi, atası, qardaşı tərəfindən aldığı travmadan əmələ gəlir. Ailənın qızına düzgün olmayan şəkildə verdiyi ciddi cinsi tərbiyədən irəli gəlir. Kifayət qədər vaginizmlə bağlı hekayələr var. Ailədaxili münasibətdən, cinsi qısnamadan, rəfiqələri ilə münasibətdən vaginizm yarana bilir. Bizdə dəb halını alıb, ərə getmiş qızlar öz cinsi həyatını yaşda kişik olanların arasında əfsanə şəklində, şişirdilmiş şəkildə danışırlar. Yeni ərə gedənlərin cinsi həyatını danışması qızlarda qorxu yaradır. Vaginizm həmçinin toy gecəsində kişinin kobud münasibətindən yaranır”.

Ginekoloq deyir ki, vaginizm problemi yaranan insanlar cinsi münasibətə girə bilmirlər. Onlarda panik – atakı xatırladan çox güclü sinir krizi olur. Bu xəstəliyə düçar olan qızlar dəhşət içərisində olurlar, ağlayır – qışqırır, oğlana təpik atır, büzüşüb bir kənarda qalırlar. Xəstəlik eynilə ölüm qorxusu kimi olur.

Müsahibin sözlərinə görə, vaginizmdə dərman müalicəsi, maz, ağrıkəsici olmur: “Vaginizm özü xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı vaginizmi ayrıca olaraq xəstəlik kimi tanıyıb. Xəstəliyi dərmanlarla müalicə etmək mümkün deyil. Xəstəlik daha çox psixoloji əsaslı, müəyyən qədər də anatomik əsaslı olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*