Qiyamət üçbucağı: VİRTUAL ALƏM sakinlərinə “WhatsApp”dan növbəti TƏLƏbackend

Qiyamət üçbucağı: VİRTUAL ALƏM sakinlərinə "WhatsApp"dan növbəti TƏLƏ

“WhatsApp”da istifadəçilərin öz-özü ilə yazışmaq funksiyası təqdim olunacaq.

KONKRET.az xəbər verir ki, “Meta” yarananda bəşəriyyətin rəqəmsallaşması, internet məhbusuna çevrilməsi müzakirə olunurdu.

Qiyamət üçbucağı

Üçbucaq deyəndə insanların ağlına ilk gələn Bermud və məhəbbət üçbucaqlarıdır. Bu dəfə isə dünyadakı proseslərə təsir edə bilən 3 oluqarx, yaxud virtual quldarlıq quruluşuna çalışan Bill Qeyts, İlon Mask və Mark Zukerberqin dünyanın sonuna və ya kütləvi insan qırğınına hesablanmış planlarından bəhs edəcəyik.

Bill Qeyts

“Microsoft” yaradıcılarından olan Bill İlonla Markın ağsaqqalı sayılır. O, bütün insanların çipləşdirilməsi və vahid mərkəzdən idarə olunmasının tərəfdarıdır. Bununla yanaşı, Bill Qeyts dəfələrlə bildirib ki, Yer Kürəsi milyardlarla insanın yaşaması üçün gücsüzdür. Buna görə də, dünya əhalisinin sayı ən pis halda 1 milyarda qədər azaldılmalıdır. COVID-19 pandemiyası ilə bağlı vaksinasiyanı da çipləşdirmə prosesinə keçid adlandıranlar var. Sözügedən çiplər vasitəsilə insanların nə düşündüyü, nə gördüyü və etdikləri barədə xəbər tutulacaq. Yaşamasını lazım bilmədikləri insanın çipini söndürməklə öldürəcəklər.

İlon Mask

Onun barəsində ən çox deyilən peyklərinin əlindən göy üzünün görünməməsidir. Bundan başqa İlon Mask Bill əmisinin çip niyyətini heyvanlar üzərində tətbiq edib. Bu yolla meymun və donuzların həyat tərzi elə həmin heyvanların gözü ilə lentə alınıb. Hazırda çip vasitəsilə onların idarə olunması etapıdır. Bir sözlə, çip idarə olunan servisdən hansısa heyvanın kiməsə hücumunu təşkil etmək mümkünləşəcək.

Mark Zukerberq

Meta təsisçisi feysbukda gələcəkdə məzarlıq funksiyasının olacağını bildirib. Yəni şirkət ölmüş insanların profillərindən vaxtaşırı xatırlatma paylaşımları edəcək. Hazırda ən çox istifadə olunan instaqramın, whatsapın da Markgilin idarəçiliyində olması isə insanlarda internet asılılığını artırır.

O ki qaldı yeni funksiyaya, bununla insanlarda özünəqapanma, təklik sindromu, virtual aləmdən asılılıq, asudə vaxtın israf olunması artacaq. Özünəqəsdlər, narkomaniya, işsizlik artacaq. Yəni insanın whatsapda öz-özü ilə yazışması tək olanda öz-özü ilə danışması deyil.

Daxili səs

Psixologiyada buna daxili nitq deyirlər. Əsasən düşünmə zamanı yaşanır. Məntiq və özünü analiz baxımından faydalıdır. Problemdə köklənməyin ən yaxşı metodudur. Məktəbəqədər yaşda olan insanlar daxili nitqini gizlədə bilmir və səsli formada ifadə etmiş olurlar. Autistlər daxili nitqdən məhrum olduqları üçün davranışlarını idarə edə bilmirlər.

Özü ilə daxilən çox danışanların psixoloqa ehtiyacı var. İnsanın öz-özü ilə səsli formada danışması isə müxtəlif psixoloji səbəblərlə bağlıdır. Özü ilə danışmağın ifrat dərəcəsi həm də şizofreniyadır:

– Halüsinasiya

– Dejavü

– Təqib olunmaq hissi

– Olanların gerçəkliyinə şübhə

– Səbəbsiz qorxu, panika

Bəli, insanın öz-özü ilə danışmasının müsbət və mənfi tərəfləri var. Lakin insanın “WhatsApp”da öz-özü ilə yazışmasının müsbət tərəfi yoxdur. Bu, gözlərinizə ziyan, yalnızlıq, cəmiyyətdən təcridolma, internet asılılığı və psixoloji problemlərə məhkum olmaqdır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*