Qiymətlər istəyir 10 dəfə bahalaşsın, problem yoxdur… – Tahir İmanovbackend

Qiymətlər istəyir 10 dəfə bahalaşsın, problem yoxdur... - Tahir İmanov

“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

KONKRET.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir:

“Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*