backend

Qiymətlərin getdikcə bahalaşması kimlərin marağındadır?

Son günlər tərəvəz məhsullarının (ötən illə müqayisədə) qiymətində kəskin bahalaşma müşahidə olunur.

Səbəb nədir? Bəziləri bunu hava, iqlim və digər təbii amillə bağlamağa cəhd edir. Amma bu heç də belə deyil. Əslində burada səbəb subyektiv yanaşmadır. Məsələn, təsərrüfatçılar, yaxud işbaz fermerlər meyvələr baha qiymətə getsin deyə onu yetişmədən bazara gətirirlər. Məhsuldarlığa ilk zərbə burada dəyir. Aprel ayının 20-də alçanın, gilasın, gavalının yetişdiyini, yaxud alamor olduğunu görən olubmu? (Onu ancaq Afrikada görmək olar). Amma bizim işbazlar nə edirlərsə, həmin ayda bazara alçayabənzər “göycə” gətirilir. Qiyməti də kəllə-çarxda. Ay balam, imkan verin,

Vəli Vəlili, jurnalist

hər meyvəni öz sezonunda yeyək də. Mayın əvvəlində qarpız, iyulun sonunda nar, karalyok, xurma yemək kimə xeyirlidir? Baha qiymətə satsınlar deyə meyvələr özünü tutmamış bazara çəkirlər. Bəs sezonunda nə yeyək? Biz də elə bil sonuncu dəfə görürmüş kimi tökülürük bazarlara. Bax, indi pomidorun, xiyarın, badımcan və bibərin əsl mövsümüdür. Allah qismət eliyib torpağımız məhsuldar, insanlarımız da işgüzardır. Bu bazar niyə işbazların əlində olmalıdır? Niyə məhsulunu yetişdirən fermer öz malını bazarda alıcılara birbaşa sata bilməsin? Burada nə çətinlik var axı? Və nəhayətdə istehlakçı malı 5-ci əldən – alverçidən niyə almalıdır. Məsələ burasındadır ki, alverçilər də istehsalçıdan daha ucuz alır, istehlakçıya daha baha satır. Nə məhsulu istehsal edən, nə də onu istifadə edən qazanır, qazanan işbazlar olur. Fermer öz məhsulunu istehlakçıya birbaşa özü satmalıdır!!! Hər iki tərəf qazanar!!! Bəlkə mən səhv deyirəm?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*