“Qız 30 yaşında olmalı, namaz qılmalı, oruc tutmalıdır, qısqancam…”backend

“Qız 30 yaşında olmalı, namaz qılmalı, oruc tutmalıdır, qısqancam...”

43 yaşlı Aşıq Namiq Fərhadoğlu yenə evlənmək fikrinə düşüb, namaz qılan xanım axtarır.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, o, “Rəngarəng” verilişindəki açıqlaması ilə gündəmə gəlib.

“Təklik Allaha məxsusdur. Hər kəsin pis-yaxşı ömür-gün yoldaşı olmalıdır. Heç kim subay qalmamalıdır. Subaylıq sultanlıq deyil. 25 yaşdan o tərəfə qoyma qalsın… Axtarışdayam. Əməlisaleh bir qızı Allah qarşıma çıxarsın. Namiqi başa düşən, məni kimi Allahın yolunda olmalıdır. Ən birinci namaz qılmalı, oruc tutmalıdır. Yayda namaz sübh vaxtı dördün yarısına düşür. O vaxt azan səslənəndə deməsin ki, bu nə edir? Belə şey olub, zəng ediblər, demişəm ki, namazı bitirmişəm, zikr edirəm. Deyiblər ki, camaat beş dəqiqə namaz qılır. Deyirəm ki, qırx il şeytanla dostluq etmişəm, heç olmasa bundan sonra Allahla dostluq edək, məni günaha batırmayın, Allah məni bu yola gətirib, qoy axıra qədər davam edim, niyə şeytanlıq edirsiniz? Görürəm ki, indidən dözmür, sağollaşıram. İnsanın ömür-gün yoldaşı da özünə uyğun olmalıdır. Aşıq olmaz. Bir evdən bir nəfər bəsdir. Xanım gecə on ikidə gəlsin evə… Evdar olsa, daha yaxşı olar. Uzaq başı müəllim ola bilər. O qədər namuslu, qeyrətli müğənnilərimiz var, sadəcə mən qısqanc bir adamam. 21 yaşım var, yaşımın yarısının gecəsini yatmışam. Qızımın 18 yaşı var, universitetdə oxuyur, tələbədir. İnsan fikirləşməlidir ki, övladım yaşında qızla necə evlənim? Buna görə 25 yaşdan yuxarı olsun, 30 daha yaxşıdır…” – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*