Bakının qızıl bazarında son günlər maraqlı vəziyyət müşahidə olunur. Qiymətlərdə ötən ayla müqayisədə enmə qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, bazar iştirakçıları bu enişin əsas səbəbini Məhərrəm ayının başlanması ilə izah edirlər. Məlumata görə, bu dövrdə alıcılıq xeyli zəifləyib və ticarətdə durğunluq yaranıb.
Satıcılar bildirirlər ki, müştəri sayının azalması onları qiymətləri aşağı salmağa məcbur edib. Bu isə bazarda qızılın əvvəlki dövrlərlə müqayisədə daha münasib qiymətə təklif olunmasına gətirib çıxarıb.
Mütəxəssislər hesab edirlər ki, hazırda qızıl almaq istəyənlər üçün əlverişli məqamdır. Çünki bazardakı durğunluq fonunda qiymətlərdə daha da yumşalma müşahidə oluna bilər.
Daha ətraflı görüntüləri təqdim olunan videomaterialda izləyə bilərsiniz: