Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq…backend

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq...

Son günlər qızılın qiyməti 4 min dollardan aşağı enib. Maraqlıdır, bu, sadəcə texniki korreksiya sayıla bilər, yoxsa artıq ucuzlaşma dalğası başlayır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qiymətlərin enməsi əsasən ABŞ və Çin arasında yaranmış yeni siyasi-iqtisadi vəziyyətlə əlaqədardır:

Xəbərlər: #iqtisadçı-ekspert Xalid Kərimli

“Bunun səbəbi ABŞ və Çin anlaşmasının risk altında olması idi. Münasibətlərin kəskinləşəcəyi, bir-birlərinə sanksiyalar tətbiq edəcəkləri proqnozlaşdırılırdı. Lakin iki ölkə arasında verilən xoş bəyanatlar bu riski aşağı saldı. Hazırda qızılın qiymətinin hərəkəti sırf risklərlə və ABŞ Mərkəzi Bankının faiz siyasəti ilə bağlıdır.”

Ekspertin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın iqtisadi bəyanatları da qiymətə birbaşa təsir göstərir:

“Tramp hətta Çinə tətbiq olunan tariflərin azaldılması ilə bağlı açıqlamalar verir. Bu da bazarlarda risklərin azalmasına səbəb olur. Risklər azaldıqca investorlar təhlükəsiz liman sayılan qızıla yönəlməkdə maraqlı olmur, nəticədə qiymət enir.”

Xalid Kərimli əlavə edib ki, yaxın dövrdə qızılın qiymətindəki dəyişikliklər əsasən geosiyasi gərginliklər və ABŞ-ın faiz qərarları fonunda formalaşacaq.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*