Məhərrəm ayının başlanması ilə qızıla olan tələbat azalıb. Maraqlıdır, bu vəziyyət qızılın qiymətinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Elşad Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, qızılın qiymətində ciddi bir eniş müşahidə olunmayacaq.
“Ola bilsin ki, qısa müddətdə müəyyən cüzi endirimlər olsun. Lakin uzunmüddətli və dayanıqlı trendlərə baxsaq, qızılın qiymətinin artım meyilli olduğunu görürük”.
İqtisadçı qeyd edir ki, hazırda dünya iqtisadiyyatında yaşanan qeyri-sabitlik fonunda qızıla maraq artır.
“Qızıl investisiya aləti kimi etibarlı və effektiv bir aktiv olaraq dəyərini qoruyur və artırır. Bu da yaxın günlərdə və aylarda qızılın qiymətinin yüksəlməsi üçün zəmin yaradır”.
Aynurə İsmayıl
KONKRET.az