Bir neçə amerikalı aktyor Qızıl Qlobus mərasiminin aparıcılığı təklifindən imtina edib.
KONKRET.az xəbər verir ki, CNN-in məlumatına görə, bundan imtina edənlər arasında məşhur amerikalı komediya aktyoru Kris Rok da var. O, artıq iki dəfə Oskar mərasiminin aparıcısı olub. Rokla bərabər həmkarı, aktrisa Ali Vonq aparıcılıq rolundan imtina edən arasındadır.
Həmçinin, SmartLess podkastının aparıcıları: Şon Hayes, Uill Arnett və Ceyson Beytman Qızıl Qlobusun aparıcısı olmaq istəmir.
Mərasimə aparıcılıq etmək təklifi ilə aktrisalar Tina Fey və Amy Poehlerə müraciət edilib, lakin onlar da bundan imtina ediblər.
Təşkilatçılar qeyd edir ki, hazırda mərasimin aparıcısı roluna namizəd tapmaq o qədər də asan deyil.
Burhan,
KONKRET.az