Qızılın qiyməti 2 min dollara YÜKSƏLDİbackend

Qızılın qiyməti 2 min dollara YÜKSƏLDİ

Qızılın qiyməti il ​​yarımdan sonra ilk dəfə 2000 dollara yüksəlib.

KONKRET.az  RBC-yə istinadən xəbər verir ki, investorlar Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsindən sonra öz investisiyalarını təmin etməyə tələsirlər.

Analitik Cefri Helli bildirib ki, ilkin olaraq qızılın 2 000 dollar səviyyəsində olması ehtimalı var, lakin Ukraynadakı vəziyyətin dəyişmədiyini fərz etsək, o, sürətlə 2 100 dollarlıq əraziyə keçəcək və bütün zamanların ən yüksək səviyyələrinə çatacaq.

Qeyd edək ki, qızılın qiyməti ən yüksək səviyyəyə 2020-ci ilin 19 avqustunda çatıb – 2000,69 dollar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*