Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
KONKRET.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,44% artaraq 3 389,9 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,91% artaraq 36,13 ABŞ dolları olub.