Qızılın qiymətləri niyə qalxır? – AÇIQLAMAbackend

Qızılın qiymətləri niyə qalxır? - AÇIQLAMA

Qızıl qiyməti nə qədər dəyişsə də alıcılarını və dəyərini heç vaxt itirmir.   

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, toy dəstlərinə tələbat daha çoxdur. Bir dəstin qiyməti 3 minə başa gəlir. Bu daha çox briliantların növündən və qızılın çəkisindən asılıdır:

“140 manatdan aşağı 585 və 583 ayarlı qızılı satmaq qeyri-mümkündür. Qızılın qiyməti gündəlik dəyişir”.

İqtisadçı Xalid Kərimli deyib ki, qızılın qiyməti son 1 ayda stabil qalıb:

“Xüsusilə Amerika Çin arasında münasibətlər qızılın qiymətinə aprel ayından sonra korreksiyaya gətirib çıxarıb. Amma ümumi şəkildə dünya iqtisadiyyatı ilə bağlı dünya siyasi və hərbi məsələsi ilə bağlı risklər qaldığına görə qızıl qiymətləri yüksək qalıb. Çoxlu faktorlar var ki, həm siyasi, həm də ticari sahədə riskləri artıra bilər. Qızıl həmişəki kimi risklər olanda ənənəvi təhlükəsiz aktiv investor kimi diqqət mərkəzindədir. Ona görə risklərin artıb-azalması ilin sonuna qədər qızıl qiymətlərinə təsir edəcək”.

Qeyd edək ki, qızıl sadəcə bəzək deyil, həm də etibarlı investisiya sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*