Türkiyənin Rizə şəhərində 4 yaşlı qızı Fatma Nurun ölümündə təqsirləndirilən qadının məhkəmədə verdiyi ifadə hər kəsi dəhşətə salıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana Emine Havuz azyaşlı övladının pəncərədən düşərək ölümündə qonşusu A.Y-ni ittiham edib.
O bildirib ki, ailəli olsa da, qonşusu A.Y. ilə münasibətləri olub. Aralarında yaranan münasibətdən Fatma Nur doğulub. Qorxduğu üçün heç kimə Fatma Nurun əsl atasının qonşusu olduğunu deyə bilməyib.
Hadisə günü ilə bağlı isə qadın bunları deyib:
“Qızım pəncərədən özü düşməyib. A.Y həmin gün bizə gəldi və uşağı qucağmdan zorla alıb pəncərədən tulladı. Onun cəzasını çəkməsini istəyirəm”.
Məhkəmə qadının ittihamlarını qəbul etməyib və o, həbsdə qalıb. Həmçinin E.Havuzun ruhi xəstə olub-olmadığının müəyyən edilməsi üçün müayinə qərarı verilib.
Xatırladaq ki, istintaq zamanı Emine Havuzun həyat yoldaşından olan oğlu Harun Havuzun da pəncərədən düşərək öldüyü məlum olub. Emine Havuz bu hadisədən sonra psixoloji müalicə alıb.
Vəsilə İbrahim
KONKRET.az