Qızını məcburi ərə vermək istəyən ata həbs edildibackend

Qızını məcburi ərə vermək istəyən ata həbs edildi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda toy günü gəlin sığınacağa, atası isə istintaq təcridxanasına yerləşdirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə məcburi evlilik səbəbilə baş verib.

Məlumata görə, 50 yaşlı ata 19 yaşlı qızını döyərək qonşusu ilə evlənməyə məcbur edib. Bildirilib ki, qız toy günü məsələ ilə bağlı öz dostuna danışıb və dostu şadlıq sarayına polis çağırıb.

Toy mərasiminə gələn polis gəlini sığınacağa, atasını isə istintaq təcridxanasına yerləşdirib. Nəticədə mərasim ləğv edilib və gələn qonaqlar dağılışıblar.

Müttəhimin vəkili onun qızına fiziki zorakılıq etmədiyini bildirib.

Psixoloqların sığınacağa yerləşdirilən qızla məşğul olduqları açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*