Qızını insan alverçilərinə satdığına görə Vyetnamdan olan kişi 14 il həbs cəzasına məhkum edilib.
KONKRET.az Nextshark agentliyinə istinadən xəbər verir ki, 47 yaşlı Lo Pho Feng 13 yaşlı qızını Çində 150 milyon Vyetnam donquna (təxminən 6550 dollar) ürək xəstəliyini müalicə etməyə pulu olmadığı üçün bir kişiyə satıb.
Məhkəmə zalında təqsirləndirilən şəxslər törətdikləri cinayətləri etiraf ediblər. Qızını satan ata acınacaqlı vəziyyətinə görə düz hərəkət etmədiyini deyib.
Zərərçəkmiş atasına yüngül cəza verilməsini istəsə də, o, “16 yaşına çatmamış insan alveri” maddəsi ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az