Qızları tərəfindən qətlə yetirilmiş Xaçaturyan üçün gözlənilməz tələbbackend

Qızları tərəfindən qətlə yetirilmiş Xaçaturyan üçün gözlənilməz tələb

Ölümündən sonra öz qızlarına qarşı cinayətlərdə təqsirli bilinmiş Mixail Xaçaturyanın qohumlarının apellyasiya şikayəti Moskva Şəhər Məhkəməsinə daxil olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Aleksey Papenov təsdiq edib.

O bildirib ki, Xaçaturyanın qohumları öz şikayətlərində mərhuma tam bəraət qazandırılmasını tələb ediblər.

Xatırladaq ki, Moskvanın Butırski Rayon Məhkəməsi Mixail Xaçaturyanı ölümündən sonra aprelin 21-də qızlarına qarşı zorakılıq işlətməkdə təqsirli hesab edib.

Xaçaturyanın üç qızı atalarını 2018-ci il iyulun 27-də Moskvada öz mənzillərində qətlə yetiriblər. Onların ifadələrinə görə, ataları onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*