Qlobal problemlər müzakirə olunur, Paşinyan isə Makronun çətiri ilə məşğuldur – VİDEObackend

Qlobal problemlər müzakirə olunur, Paşinyan isə Makronun çətiri ilə məşğuldur - VİDEO

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi (ASB) zirvə görüşündə dünya liderləri qlobal təhlükəsizlik və enerji məsələlərini müzakirə etdikləri vaxt, Ermənistan Baş naziri Nikol Paşinyan Fransanın Prezidenti Emmanuel Makronun yağışda islanmamasına xüsusi diqqət yetirib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Paşinyanın Makrona çətir tutması, diplomatik davranışdan daha çox, şəxsi diqqət kimi dəyərləndirilib. Bu görüntü “erməni diplomatiyası”na fərqli prizmalardan yanaşmalara səbəb olub.

Müşahidəçilər belə jestlərin fonunda Paşinyanın Makronla münasibətləri siyasi müstəvidə də gücləndirməyə çalışdığını vurğulayırlar.

Natiq Səlim, 
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*