Qondarma “parlament” Arayik Arutyunyanı “istefa”ya ÇAĞIRDIbackend

Qondarma "parlament" Arayik Arutyunyanı "istefa"ya ÇAĞIRDI

Separatçı rejimin qondarma “parlamenti” Arayik Arutyunyanı “istefa”ya çağırıb. 

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Media yazır ki, Qarabağdakı qondarma qurumun “parlament sədri” Artur Tovmasyan Arayik Arutyunyanın “istefa”sı tələbi ilə “bəyanat” yayıb.

“Mən heç vaxt sizin işinizə qarışmamışam, siz də heç vaxt “parlament”in işlərinə qarışmamısınız. İstefa verin. Xalq sizə inanmırsa, gedəcəksiniz.

Lakin bu o demək deyil ki, siz “istefa” verəcəyiniz təqdirdə ölkə prezidenti səlahiyyətlərini Artur Tovmasyan icra edəcək. Əgər xalq sizə inanmasa, mən də gedəcəm”, – deyə Tovmasyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*