İranda həyata keçirilən qida təhlükəsizliyi siyasəti tamamilə uğursuzluqla nəticələndi.
KONKRET.az xəbər verir ki, bu sözləri İran Parlamentinin Araşdırma Mərkəzinin rəsmisi Musa Şahbazi deyib.
“Ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların nisbəti 35%-ə çatıb. Qida istehlakı azalıb. İnsanlar mal əti əvəzinə yumurta və toyuq yemək məcburiyyətində qalıblar”, – M.Şahbazi qeyd edib.