Qonşular arasında dava oldu – Ana və oğlu döyüldübackend

Qonşular arasında dava oldu - Ana və oğlu döyüldü

Mingəçevirdə qonşular arasında düşən mübahisə ana və oğlunun döyülməsinə səbəb olub. 

KONKRET.az-ın “Unikal”a istinadən məlumatına görə, hadisə  şəhərin  keçmiş 5 saylı Dəmir Beton Məmulatları Zavodu ərazisində müvəqqəti olaraq  məskunlaşan keçmiş məcburi köçkünlər arasında yaşanıb.

Ağdam rayon sakinləri olan 1970-ci il təvəllüdlü Cəfərova İradə Qədir qızı və 1994-cü il təvəllüdlü oğlu Cəfərov Ramal Azər oğlu qonşuda yaşayan kişi ilə mübahisə və münaqişə zəmnində döyülərək xəstəxanalıq olub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*