Nərimanov rayonu, Elçin İsaqzadə küçəsindəki binalardan birində yaşayan Qalina Levteyonko adlı qadın evini sözün əsl mənasında zibilxanaya çevirib.
KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, mənzildə antisanitar vəziyyət yaranıb, qoxudan dayanmaq olmur.
Məhəllədəki itlər, pişiklər həmin evdə qalır.
“Sığınacağa yerləşdirilməyimi istəmirəm. Öz evimdə yaşayıram. Mənim bəzi şeyləri atmağa heyfim gəlir, yığıram ki, uyğun bir yer tapanda onları satım”, – Qalina Levteyonko deyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd edilən ərazi şəxsi mülkiyyət olduğundan və sakinin bu ərazi üzərində mülkiyyət hüququ sənədləri mövcud olduğundan problemin həlli ilə əlaqədar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.
Ətraflı süjetdə:
KONKRET.az