Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd olunub ki, iyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux Rayon Prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilən tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, A.Alıyev saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.