“Ermənistan hakimiyyəti Laçın dəhlizinin tezliklə açılması üzərində işləyir”.
KONKRET.az xəbər verir ki, bu barədə dekabrın 23-də parlamentin növbədənkənar sessiyasında respublikanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O bildirib ki, onlar Laçın dəhlizinin açılışının tez bir zamanda baş tutması, dəhlizin funksiyasının əvvəlki statusuna qayıtması üçün çox səy göstərirlər.
“Ermənistanın icra və qanunvericilik orqanları bütün tərəfdaşları ilə birlikdə Laçın dəhlizinin tez bir zamanda açılması üçün böyük işlər görürlər.
Yəni insanların və yüklərin daşınması sakit baş tutsun”, – deyə Qriqoryan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az