“Heç kimin “Nemezis” abidəsi məsələsinə qarışmağa haqqı yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu mayın 9-da jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun abidənin sökülməyəcəyi təqdirdə Ankaranın cavab tədbirləri görəcəyi ilə bağlı bəyanatını şərh edib.
“Nemezis” abidəsi ilə bağlı məsələlərə heç kimin qarışmağa haqqı yoxdur.
Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilkin şərt olmadan baş tutmalıdır. Bu münasibətlərin ilkin şərt olmadan tənzimlənəcəyinə ümid edirəm. Təbii ki, abidə ilə bağlı məsələ Ermənistanın daxili işidir”, – deyə Qriqoryan bildirib.
Abidəni sökülməsi ilə bağlı sualını cavablandıran Qriqoryan vurğulayıb ki, bu məsələ Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin səlahiyyətindədir.
“Mənim bununla bağlı heç nə deyə bilmərəm”, – deyə Təhlükəsizlik Şurasının katibi fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
Bu cindir millet dünya durduqca öz pisliyini öz iyrənc niyyətlərini davam etdirəcək.