Qriqoryandan sülhlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Ermənistanla Azərbaycan vaxtı və yeri seçir”backend

Qriqoryandan sülhlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Ermənistanla Azərbaycan vaxtı və yeri seçir"

“Ermənistan və Azərbaycan sülh sazişinin imzalanma vaxtının və yerinin müəyyən edilməsi məsələsi üzrə danışıqlar aparır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda biz sülh müqaviləsinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni nəhayət razılaşdırılıb, onu imzalamaq qalır”, – Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Qriqoryan onu da xatırladıb ki, Ermənistan tərəfi Azərbaycanla sülh sazişinin imzalandığı gün ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bəyanat imzalamağa hazır olduğunu bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*