Quba polis rəisi Bakıda vəzifəyə təyin edildibackend

Quba polis rəisi Bakıda vəzifəyə təyin edildi

Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov yeni vəzifəyə təyin edilib.

KONKRET.az-ın verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Nemətov vəzifəsindən azad edilərək Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev KONKRET.az-a məlumatı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*